Yaşından daha gənc görünmək hər bir qadının arzusudur.

50-60 yaşına qədər heç bir estetik müdaxilə olunmayan bir insanda
dəri cavanlaşdırıcı metodların istifadəsi tam istədiyimiz effekti vermir
və bir az təbii olmayan görüntü yaradır.

Ama 30-35 yaşlarından başlayaraq az dozada mezoterapiya,
botoks, hialuron turşusu dolqusu (filler) və s. metodlardan ibarət
kiçik toxunuşlar çox gözəl effekt verir.

Dəriniz də ruhunuz kimi daim gənc qalsın!

Mezoterapİya Nədİr?

Mezoterapiya ilk olaraq 1950-də Fransada istifadə olunmaya başlamış bir müalicə metodudur. Son illərdə kosmetik dermatologiyada olduqca geniş istifadə olunur. Mezoterapiya, problemli bölgədə dərinin orta qatına mikroiynələr vasitəsilə bəzi dərmanların yeridilməsidir. Bu məqsədlə dəri probleminə uyğun olaraq hialuron turşusu, antioksidantlar, vitaminlər, minerallar, amin turşuları və digər tərkibli özəl dərman kokteylləri hazırlanır. Bu maddələrin birbaşa dəriyə verilməsi dəridə kollagen ve elastin sintezini artırır, dərinin yenilənməsinə səbəb olur.

sizanaq

Necə təsİr edİr?

Ağızdan alınan dərmanlar, eləcə də əzələ və ya damar içinə olunan inyeksiyalar hədəf orqana lazımi miqdarda gedib çatmır. Bəziləri sorulmadan parçalanıb bədəndən xaric olur. Qeyd olunan yollarla alınan dərmanlar digər orqanlara da müəyyən qədər təsir edərək istənməyən əlavə təsirlər ortaya çıxara bilər. Mezoterapiyada az dozada dərmanlarla yüksək effekt hədəflənir, heç bir sistemik əlavə təsir görülmür.

Hansı məqsədlər üçün İstİfadə olunur?

  • Saçların gücləndirilməsi, saç tökülmələrinin qarşısının alınması;
  • Dərinin gəncləşdirilməsi, dəriyə nəm və parlaqlıq qazandırılması, incə qırışların yox edilməsi
  • Ləkələrin rənginin açılması;
  • Gözaltı kölgələnmələrin müalicəsi
  • Striaların (hamiləlik zamanı qarında yaranan dəri çatlamaları) aradan qaldırılması.
  • Selülitin müalicəsi

Saç tökülməsİndə mezoterapİya

Saç tökülmələrində mezoterapiya olduqca effektiv bir metoddur. Müxtəlif səbəblərdən olan saç tökülmələrində istifadə olunur. Mezoterapiya saçlı dərinin qan dövranını artırır və saç köklərini qidalandırır. Saç tökülməsini azaldır, yeni saç çıxışını sürətləndirir, mövcud olan zəif saçları gücləndirir. Mezoterapiya 2-4 həftəlik fasilələrlə 8-10 seans həyata keçirilir. Gözlə görünən dəyişikliklər 4-5-ci seanslardan sonra müşahidə edilir. Saç tökülməsinə səbəb olan hər hansı bir xəstəlik aşkarlanarsa, bu xəstəlik də yanaşı olaraq mütləq müalicə olunmalıdır.

Dərİ yaşlanmasında mezoterapİya

Zamanın, günəşin, digər çevrə faktorlarının təsiri nəticəsində dəridə qırışlar, ləkələr, sallanmalar, çökmələr, solğunluq ortaya çıxır. İstifadə olunan “antiaging” kremlər daha çox dərinin üst təbəqəsinə təsir edir. Ama dərini əsas dəstəkləyən, qırışların yaranmasında rol oynayan orta təbəqədir. Kremlər bu hissəyə gedib çatmır. Mezoterapiyada istifadə olunan maddələr dərinin ehtiyac olan təbəqəsinə birbaşa yeridilir.
Mezoterapiya üz, boyun ve dekolte bölgəsinə dərini gəncləşdirmək məqsədiylə tətbiq olunur. Digər adıyla mezoliftinq üçün dərini nəmləndirən, dərinin elastikliyini və parlaqlığını artıran özəl qarışımlar istifadə olunur. Bu maddələr dəridə kollagen və elastik liflərin miqdarını artırır, hialuronik asit sintezini stimullaşdırır. Mezoliftinq 2-4 həftəlik fasilələrlə aparılır. Seans sayı xəstənin yaşına, dərisinin xüsusiyyətinə görə dəyişir. Gənc yaşlarda dərini nəmləndirmək və parlaqlığı artırmaq, daha sonrakı yaşlarda isə dərinin cavanlaşdırılması məqsədiylə həyata keçirilir

Uzman Dermatoloq-Kosmetoloq Lalə MEHDİ

Dəri, saç və dırnaq xəstəlikləri, kosmetologiya, dermatocərrahiyə üzrə Uzmanlıq təhsilini 2011-15 illərdə İstanbul Tibb fakultəsində (Çapa) almışdır. Hal hazırda Baku Medikal Plaza mərkəz filialında çalışır. Tel: (050) 444 3376

biorevitalizasiya

Bİorevİtalİzasİya

Biorevitalizasiya – mezoterapiyanın bir formasıdır. Bu prosedura zamanı dəriyə hialuron yeridilir. Mezoterapiyanın digər növlərində istifadə olunan hialurondan fərqi daha qatı olmasıdır. Hialuronik asit normalda dəridə olan, nəmi tutan, dəriyə həcm, canlılıq, parlaqlıq verən bir maddədir. Yaş irəlilədikcə hialuronun miqdarı azalır. Biorevitalizasiya metodu ilə azalmış hialuronun yeri doldurulur. Proseduradan sonra üzdə qabarıqlıqlar qalır, 4-5 gün içərisində bunlar sorulur. Biorevitalizasiyanın “Lifting” təsiri mezoterapiyanın digər növlərinə görə daha güclüdür.


PRP

“Cavanlıq vaksini” olaraq da bilinən PRP (trombositdən zəngin plazma) texniki olaraq mezoterapiya şəklində həyata keçirilir.

Oxşar şəkildə dəri yaşlanmasını geciktirən , saç tökülməsini azaldan effektiv bir metoddur. PRP ilə dərinin quru və mat görünümü aradan qaxır, qırışlarda azalma, dəri elastikliyində artma görülür. Mezoterapiyadan fərqi burada hazır preparatlar deyil, pasientin öz qanı istiffadə olunur. Hər hansı dərmana alergiyası olanlar üçün əvəzolunmaz bir metoddur.

prp Trombositdən zəngin plazma (PRP=platelet rich plasma), xəstədən alınan az miqdarda qanın xüsusi aparatdan keçirildikdən sonra əldə edilən trombositdən zəngin plazmanın, mikroinjeksiyalar vasitəsilə dəriyə verilməsindən ibarətdir.

Trombositlər vücudumuzda hər hansı zədələnmə olarsa, onun bərpa edən “böyümə faktorları” ilə zəngindirlər. Trombositlərin tərkibindəki “böyümə faktorları” zədələnmiş toxumaların bərpasında önəmli rol oynayır. PRP müalicəsi zamanı normal qanda olduğundan daha çox miqdarda trombosit dəriyə yeridilir.

PRP metodu dərinin gəncləşdirilməsi, yara sağalması, saç tökülməsi ve akne izlərinin müalicəsində istifadə olunur. Bunun üçün xəstədən təqribən 8-10 ml qan alınır. Xüsusi aparatdan keçirilir. Trombositdən zənginləşdirilmiş plazma, eyni xəstənin dərisinə, problem olan bölgəyə injeksiya yoluyla verilir.

Xəstənin öz qan məhsulu istifadə olunduğu üçün hər hansı bir alergik reaksiya görülmür. Prosedura 4-6 həftə fasilələrlə 3-4 seans həyata keçirilir.

Mezoterapİya İlə bağlı çox verİlən suallar

Sizin də suallarınız varsa (+99450) 4443376
və ya acebook səhifəmizə yaza bilərsiniz

  • Mezoterapİya necə həyata keçİrİlİr?

    Mezoterapiya zamanı xüsusi iynə ucları ilə bəzi maddələr dəriyə yeridilir. Proseduradan əvvəl mezoterapiya olunacaq bölgəyə keyləşdirici krem çəkilir və 30-40 dəq. gözlənilir. Krem təmizləndikdən sonra mezoterapiya olunur. Prosedura 15-20 dəqiqədə tamamlanır.

  • Mezoterapİya ağrılıdırmı?

    Üz mezoterapiyasında lokal keyləşdirici kremlər istifadə olunduğu üçün ağrı olmur. Saç mezoterapiyasında az miqdarda ağrı ola bilər, ama dözülməyəcək qədər deyil.

  • Mezoterapİyadan öncə və sonra nəyə dİqqət etmək lazımdır?

    Mezoterapiyadan öncə qan duruldan dərman, ağrıkəsici içirsizsə bunu doktorunuza bildirməlisiniz. Mezoterapiyadan sonra 1 gün üz yuyulmamalıdır. Proseduradan sonra zəif qızarıqlıq, şişkinlik, göyərmələr görülə bilər. Narahat olmağa dəyməz, bunlar bir neçə gün içərisində keçəcək. Bir gündən sonra makyaj etmək olar.

  • Kİmlərə mezoterapİya olmaz?

    Hamiləlik, körpəyə süd vermə zamanı, qan xəstəliyi, QİÇS, otoimmun və xərçəng xəstəliyi olanlara əks göstərişdir. Ciddi bir xəstəliyi olmayan 18-75 yaş arası hər kəsə oluna bilər.

  • Mezoterapİyada hansı dərmanlar İstİfadə olunur?

    Problemin növünə uyğun olaraq tərkibində müxtəlif vitaminlər, mikroelementlər, hialuron turşusu, amin turşuları, somon DNT-si, organik silisiyum və digər molekullardan ibarət kokteyllər istifadə olunur. Bunlar istifadəyə hazır kokteyllər də ola bilər. Dermatoloq tərəfindən də hazırlana bilər.

  • Mezoterapİyada verİlən dərmanların zərərİ varmı?

    Xeyr, yoxdur. Çünki bu dərmanlar az dozalarda yeridilir və bədənə sorulmur. Ona görə əlavə təsir ortaya çıxmır.

  • Dərİn qırışları mezoterapİya yox edİrmİ?

    Xeyr. Dərin qırışlara effekti azdır. Dərin qırışlar üçün digər metodlar, botoks, dolgu (filler) məsləhət görülür.

  • Mezoterapİya İlə PRP kombİnə edİlə bİlərmi?

    Bəzən effektivliyi daha da artırmaq üçün bu 2 metod kombinə edilir.

Dəriniz çox qiymətlidir, dəyərini bilin. Onu sadəcə profesionallara etibar edin.